Mələk Çakmak ADAU-da mühazirə söyləyib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən 1-ci Beynəlxalq Yay Məktəbində növbəti mühazirə "Qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rolu" mövzusunda olub.

Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsindən "OLAYLAR"-a bildirilib ki, mühazirə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak tərəfindən aparılıb. M.Çakmak BMT-nin ixtisaslaşmış təşkilatlarından biri kimi, FAO-nun strukturu, fəaliyyət sahələri, strateji məqsədləri, Davamlı İnkişaf Hədəflərinə çatmaqda, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu, həyata keçirilən proqramlar və layihələr, Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi tərəfindən yerinə yetirilmiş işlər və digər məsələlər barədə danışıb, diskusiyalar aparıb, tələbələrin verdiyi sualları cavablandırıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31