Zərərli vərdişlərdən qorunma yolları təbliğ olunur

"Qadın və Gənc Ailələrin Sosial İnkişafı" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Narkomaniya, İİV/QİÇS-ə qarşı mübarizə məqsədilə, zərərli vərdişlərdən qorunma yollarının təbliği" adlı layihəsi davam edir.

Təşkilatın sədri Tünzalə Cavadovanın "OLAYLAR"-a verdiyi məlumata əsasən, layihənin əsas məqsədi gənclər arasında narkomaniya, İİV/QİÇS-lə qazanılan yoluxucu xəstəliklərə qarşı mübarizədə aktiv olmaq və onlardan qorunma yollarının təbliğinə gənclərin diqqətinin artırılmasıdır. Layihədə əsas məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur/ Narkomaniya, İİV/QİÇS-ə qarşı informasiya kompaniyasını aparmaq və sağlam həyat tərzini təbliğ etmək üçün təlimlərin keçirilməsi, Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə rayonda yaşayan 210 gəncin narkomaniya, İİV/QİÇS-ə qarşı maarifləndirilməsi, Xəzər rayonunda riskli davranışlar nəticəsində qazanılan xəstəliklərə qarşı mübarizə tədbirlərini genişləndirmək üçün iki maarifləndirici aksiyanın keçirilməsinin təşkil edilməsi, layihə başlandığı vaxtdan bitənə qədər layihənin gedişi barəsində KİV-də geniş işıqlandırılması və saytlar vasitəsilə təbliğat işinin aparılması.

Layihə çərçivəsində Xəzər rayonu 5 saylı peşə liseyində növbəti təlim keçirilib.

Qeyd edək ki, layihə 3 ay müddətində (may-iyul) Xəzər rayonunda keçirilir. Layihədə 210 gənc iştirak edir. Ümumilikdə layihə 7 təlim, 2 aksiyadan ibarət olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31