Qalib jurnalistlər mükafatlandırıldı

İyulun 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) birgə təşkilatı ilə “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək perspektivləri” adlı fərdi jurnalist yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

İyulun 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) birgə təşkilatı ilə "Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək perspektivləri" adlı fərdi jurnalist yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Olaylar.az xəbər verir ki, tədbiri giriş sözləri ilə açan, mədəniyyət naziri Əbülfəs Qarayev mədəniyyət sahəsi və media münasibətlərindən danışaraq, mədəni proseslərin işıqlandırılmasında medianın müstəsna xidmətlərinin olduğunu deyib. Əbülfəz Qarayev bildirib ki, yazılarda mövzuya fərqli yanaşmalar özünü göstərib.

KİVDF-nın icraçı direktoru Vüqar Səfərli müsabiqə haqqında məlumat verərkən bildirib ki, ümumilikdə müsabiqəyə 31 mətbu orqanından 44 yazı təqdim olunub. Birinci yer üçün 1, ikinci yer üçün 2, üçüncü yer üçünsə 3 və həvəsləndirici mükafat üçün 6 qalibin mükafatlandırılması nəzərdə tutulub. Münsiflər heyətinin yekdil rəyinə əsasən müsabiqənin qalibləri təsdiq edilib.

Qeyd edilib ki, qaliblərə müvafiq olaraq 1000 manat (I yer), 800 manat (II yer) 600 manat (III yer) və 300 manat (həvəsləndirici) pul mükafatı təqdim ediləcək.

Tədbirdə, daha sonra "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxış ediblər.

Yunus Oğuz bildirib ki, Mədəniyyət Nazirliyinin Azərbaycan mədəniyyəti üçün gördüyü bütün tədbirlərdə media ona dəstəkdir. Yunus Oğuz Azərbaycan mədəniyyətinin 3 istiqaməti ilə bağlı olaraq Mədəniyyət Naziri Əbülfəz Qarayeva müraciət edib: "Türkiyə və digər ölkələrdə kitab sərgilərinə maraq Azərbaycana nisbətən olduqca üstündür. Bu gün kitablara olan bu marağı öz ölkəmizdə də görmək istərdik".

Mədəniyyətimizin inkişafında ikinci istiqamətin teatr olduğunu vurğulayan Yunus Oğuz təklif edib ki, teatrlara insanları cəlb etmək üçün müəyyən maarifləndirmə, təbliğat işləri görülməlidir: "Teatr vasitəsilə insanları dünyəvi təhsilə, dünyəvi istiqamətə və dünyəvi dostluqlara yönləndirək".

Yunus Oğuz Əbülfəz Qarayevin yeni film məkanlarının yaradılması ilə bağlı fikri ilə əlaqədar bildirib ki, yeni film məkanlarının yaradılması Azərbaycan filmini daha da yüksək pillələrə çıxaracaq və bu gün Hollivud səviyyəsində olmasa belə Türkiyyə səviyyəsində filmlər çəkə bilərik. 

Əbülfəz Qarayev isə bildirib ki, Yunus Oğuzun toxunduğu hər üç məsələ Mədəniyyət Nazirliyinin birbaşa funksiyasına və məşğul olduğu məsələlər siyahısına aiddir. Kitabın təbliğatı baxımından daha güclü işlərin görülməsi növbəti mərhələdə nəzərdə tutulacaq. Teatrlara insanları cəlb etmək üçün hələ uşaq yaşlarından onların valideynləri yaxud müəllimləri tərəfindən teatra aparılması lazımdır. Bu gün yüksək səviyyəli filmin çəkilməsi tələb edir ki, ən müasir avadanlıq olsun, müəyyən güzəştlər edilsin və dövlət kinostudioumuza müəyyən sərməyalər cəlb edilsin. Eyni zamanda özəl şirkətlər bu prosesə cəlb olunsun. 

Sonda qalib jurnalistlər mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31