“Çox gülünc vəziyyətdədir…” – “Qaynar xətt” niyə soyuyub?

"Bizdə sözlərin mahiyyətinə uyğun işlədilməməsi problemi var. Ölkədə əksər qurumda “Qaynar xətt” yaradılıb. Bu gün müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaradılan “Qaynar xətt xidmətləri çox gülünc vəziyyətdədir". Bunu millət vəkili Fazil Mustafa deyib.

"Bizdə sözlərin mahiyyətinə uyğun işlədilməməsi problemi var. Ölkədə əksər qurumda "Qaynar xətt" yaradılıb. Bu gün müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaradılan "Qaynar xətt xidmətləri çox gülünc vəziyyətdədir".

Bunu millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili qeyd edib ki, Daxili İşlər Nazirliyinin (102), təcili tibbi yardım (103), Fövqaladə Hallar Nazirliyi (101, 112" və digər bir neçə qurumun "Qaynar xətt"indən başqa əksər qaynar xətlər formal fəaliyyət göstərir:

"Əslində bu durum məsuliyyətsizlikdən daha çox, elə bu "qaynar" sözündən qaynaqlanır. Çünki istənilən qaynar mayeni nə zamansa soyutma məcburiyyəti yaranır. Bu xəttlərin də həmişə qaynar qalması praktik olaraq mümkünsüzdür. Odur ki, harada müraciətə operativ cavab verilir, burada ad da olduğu kimi qalır. Harada cavab almaq mümkün olmursa, o zaman "Soyumuş xətt" ifadəsi daha çox yerinə düşür".

"Qaynar xətt" və" Soyumuş xətt" tanıtımından sonra artıq vətəndaş da müraciətinə operativ cavab ala bilməyəndə, əsəbindən qaynayıb-coşmayacaq, qaynasa da düşdüyü xəttin təsiri ilə dərhal soyuyacaq".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31