Bakı deputatı döyən çeçeni Ukraynaya vermədi
25 İyul 2018 13:36 SosialAzərbaycan ukraynalı deputat Mustafa Nayemə hücumda ittiham olunan əslən çeçen Məhəmməd Əmin Seyidovu Ukraynaya ekstradisiyadan imtina edib.
Bu barədə məlumatı Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Andrey Lısenko paylaşıb. Onun sözlərinə görə, Kiyevə bu cavab bir ay əvvəl verilib. O, məhkəmənin niyə belə qərar qəbul etdiyinin açıqlanmadığını bildirib.
Faktı Ukrayna Baş prokurorunun müavini Yevgeni Yenin də öz Feysbuk səhifəsində təsdiqləyib. O, Seyidovun Kiyevə verilməməsinə əsas səbəblərdən biri kimi Azərbaycanın Nayemin Bakıya qarşı davranışlarını göstərdiyini bildirib.
Qeyd edək ki, Seyidov aprelin 30-da digər 3 yoldaşı ilə birgə Mustafa Nayemlə dalaşıb. Sonrada Seyidov ölkədən qaçaraq Bakıya gəlib, lakin onun digər üç yoldaşı Ukraynada həbs edilib.