"Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsi davam edir

"ASAN xidmət", "ASAN Könüllüləri" Təşkilatı, və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsi davam edir.

Olaylar.az bildirir ki, iştirakçılar xüsusi kəşfiyyat dəstələrinin hazırladığı "Ərazidə səmtləşmə və xəritəsiz hərəkət" oyununda, həmçinin xidməti itlərin iştirakı ilə itaət komandalarının yerinə yetirilməsi, sərhəd pozucusunun yaxalanması təlimində iştirak ediblər.

Düşərgə müddətində Azərbaycanın Milli Qəhrəmanı İntiqam Atakişiyev və "Əsir düşərgəsi" kitabının müəllifi, jurnalist Vüsalə Məmmədova ilə görüş keçirilib, sərhədçilərdən bəhs edən "Dağlarda döyüş" filmi nümayiş olunub.

Kəşfiyyatçıların meşə zolağında həyatda qala bilmələri üzrə hazırlıq təlimi və AK74, RPK74 silahlarının taktiki-texniki xüsusiyyətləri, sökülməsi, yığılması üzrə məşğələ təşkil olunub.

Daha sonra "Qalibiyyət - şahidlər və şəhidlər" kitabının müəllifi, araşdırmaçı, jurnalist Aida Eyvazova və aprel döyüşlərinin qaziləri ilə görüş keçirilib, "Doğma sahillər" filmi nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31