Samirə Mustafayeva rusiyalı iş adamına ərə getdi – VİDEO,FOTOLAR

 

Dünya çempionu, Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən gimnast Samirə Mustafayevanın toyu olub.

Axşam.az-ın məlumatına görə, toy Fransanın Sainte-Agnès şəhərində keçirilib. İdmançı rusiyalı iş adamı Nikolay Kondratyukla nikah masasına oturub.

 

Lazur sahilində baş tutan toydan fotoları Samirə İnstaqram səhifəsində paylaşıb.
O, fotolara "Ailəm yanımda, xəyallarımdakı toy! Səni sevirəm, Nika. Xoşbəxtəm" sözlərini yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31