Türkiyənin elmi jurnalı növbəti nəşrini Azərbaycana həsr edir

Türkiyənin məşhur universitetlərindən olan Egey Universitetinin Türk Dünyası Araşdırmaları İnistitunun rəhbəri professor Nadim Məcid və  universitetinin elmi nəşrindən olan "Ege Üniversitesi Türk Dünyası İncelemeleri Dergisi"nin redaktorları Atif Akgün və Abdulla Üstün müxbirimizlə görüşündə bu barədə bildirmişlər. Onlar Türk dünyasında Azərbaycana olan maraqlardan, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı və bu sahədə aparılan elmi tədqiqat işlərindən, universitet elmi jurnalında Türk Dünyası araşdırmaçılarına, o cümlədən  azərbaycanlı alimlərə yer ayrılmasından, onların elmi məqalələrinin müntəzəm olaraq dərc edildiyindən danışmışlar.

Görüşdə professor Nadim Məcid  bildirmişdir ki, sovetlər dönəmində də Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin davam etdirildiyini, ciddi və amansız qadağalara baxmayaraq çox dərin tarixi köklərə bağlaanan bu əlaqələr heç vaxt  unudulmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə və ondan sonrakı 10 ildə bu əlaqələrin  daha da möhkəmlənməsi üçün bir sıra tarixi işlər həyata kecirilmişdir. Amma təəsüf ki, sonralar  başladılan repressiyalar böyük fəlakətlər gətirmiş, Azərbaycanda ziyalıların kütləvi qırğınları və gedər-gəlməz sürgünləri ilə müşayət olunmuşdur. Aydınların "pantürkist", "kamalist", "türkcü" - sovet qurluşunun düşməni kimi məhkum edilməsi və amansızcasına öldürülməsi 30 illər repressiyalarının önəmli motivi olmuşdur.

Bu günkü əlaqələrimiz isə yeni inkişaf mərhələsindədir. Müasir Azərbaycan dövlətinin varisi olan 1918-ci il mayın 28-də demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika - Azərbaycan Xalq Cümhuriyyətinin çəmi 23 aylıq  tarixi olsa da, az bir vaxtda parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar dövlətə çevrildi. O cümlədən mətbuat və söz azadlığının təmin edilməsi Cümhüriyyətin demokratik dəyərlərə verdiyi önəmin təzahüri idi, deyə professor Nadim Məcid  sözünə davam etmişdir.

Araşdırmaçı alim Abdulla Üstün  əlavə etmişdir ki, hazırda dünyanın demokratik ölkələri Azərbaycan xalqına hələ 100 il bundan əvvəl demokratik inkişaf yolu seçdiyinə, bütün Şərq aləmində ilk dəfə parlamentli respublika yaratdığına və qadınlara kişilərlə bərabər seçki hüququ verdiyinə, siyasi fəaliyyəti dövründə bir çox mütərəqqi addımlar atdığına görə  sivil dünyanın siyasi-mədəni inkişafına böyük töhfələr bəxş etmiş xalqı kimi yanaşırlar. Türkiyənin Egey Universitetinin elmi nəşri olan "Ege Üniversitesi Türk Dünyası İncelemeleri Dergisi" Azərbaycan Demokratik Respublikasının 100 illiyi və 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi ilə əlaqədar olaraq növbəti nəşrini Azərbaycana həsr etmək qərarındadır.

Həmkarının sözünü davam etdirən redaktor Atif Akgün qeyd etmişdir ki, hazırda dünyanın demokratik ölkələri hələ 100 il bundan əvvəl Azərbaycan xalqının demokratik inkişaf yolu seçdiyinə, bütün Şərq aləmində ilk dəfə parlamentli respublika yaratdığına və qadınlara kişilərlə bərabər seçki hüququ verdiyinə, siyasi fəaliyyəti dövründə bir çox mütərəqqi addımlar atdığına, nəhayət, müasir Azərbaycan Respublikasının özünü Cümhuriyyətin siyasi varisi elan etdiyinə görə  sivil dünyanın siyasi-mədəni inkişafına böyük töhfələr bəxş etmiş xalqı kimi yanaşırlar. İldə iki dəfə nəşr edilən jurnalda dəfələrlə azərbaycanlı elm adamlarının məqalə və araşdırmalarını dərc etmişik.  Hətta bu ilin ilk nəşrində-iyul nəşrinin üz qabığında Azərbaycan paytaxtı Bakının qədim və müasir görüntüləri olan illisturasiya yer alır. Nəşrin  ön sözündə isə  bildirilir ki, Azərbaycan dövlətçilik tarixinin şərəfli səhəfəsi olan  Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi bizim üçün, eləcə də bütün müsəlman və türk dünyası üşün xüsusi bir önəm daşımaqdadır. Bütün bu kimi incəlikləri nəzərə alaraq jürnalımızın növbəti nəşrini Azərbaycana həsr etmək haqqında qərar verdik. Təklifimiz Egey Universitetinin rəhbərliyi və Türk Dünyası Araşdırmaları İnstitunun rəhbərliyi tərəfindən rəğbətlə qarşılandı. Hazırda məqalələrin toplanması üzərində işlərimizi davam etdirməkdəyik. Jürnalın nəşri bu ilin sonuna planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31