Əcnəbi könüllülər “ASAN xidmət” mərkəzlərində təcrübə keçəcəklər
23 İyul 2018 11:56 SosialSerbiya, Niderland, Pakistan, Çin və Hindistandan gələn qonaqlar "ASAN xidmət" mərkəzlərində dövlət xidmətləri göstərilməsi üzrə könüllü fəaliyyətinə qoşularaq, ekoloji istiqamətdə müxtəlif təlim, layihə və ekskursiyalarda iştirak edəcəklər.
Olaylar.az bildirir ki, 1, 3 və 5 saylı Bakı "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərəcək əcnəbi könüllülər "ASAN xidmət" mərkəzləri və "ASAN radio" ilə yaxından tanış olublar, onlara "ASAN xidmət"in fəaliyyəti, prinsipləri və ASAN Könüllüləri hərəkatı haqqında geniş təqdimatlar edilib.
Əcnəbilərin könüllülük fəaliyyəti ASAN Könüllülük Məktəbinin "Yaşıl ASAN" təşəbbüsü və AİSEC-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə ekoloji istiqamətdə "Create your eden" layihəsi çərçivəsində keçirilir.