Məşhur aparıcı dünyasını dəyişdi

 

Vyetnam Müharibəsi zamanı "Sabahın xeyir, Vyetnam"sözləriylə simvol olan məşhur amerikalı radio aparıcısı Eydrian Kronauer dünyasını dəyişib.

BiG.AZ unikal.org-a istinadən xəbər verir ki, proqramına "Sabahın xeyir, Vyetnam" deyərək başlayan aparıcı müharibə zamanı əsgərlərin əhvalını yüksək tutmaq üçün "rok-n-roll" mahnıları səsləndirməsi ilə tanınırdı.

Son illərini Virciniyada keçirən aparıcı 79 yaşında vəfat edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31