İntihar edən jurnalistin +18 YAZISI: "Bacım bakirə olmasın!"
22 İyul 2018 10:26 SosialMartın 16-da intihar xəbəri yayılan Mövlud Mövludun 4 il əvvəl Azadlıq Radiosunun "OxuZalı"nda çap olunan və müzakirələrə səbəb olan yazısı
- Ay mənim qafiyəpərdaz millətimin qələm adamları! Bax, o, bizim müharibədə pis günə qoyan urus ki, var onlarda qadını paçasının arası namus sayılmır. Namus torpaq sayılır. Namus Rus imperiyası sayılır.
Mövlud Mövlud
BACIM BAKİRƏ OLMASIN!
Bir həftənin söhbətidir, ucuz Bakı çayxanalarının birində, bir neçə yazar dost-qardaşla çay süfrəsi arxasında sıx birləşmişdik. Yayda ailə qurmuş bir şair barədə söhbət düşdü... Pah, qələm əhlimizin ürəyi dolu imiş ki!?
Bəlli oldu ki, şairin ailəsi heç də "sağlam təməllər üzərində pərvəriş" tapmayıbmış. Ayə, nə olub, nə məsələdir? Bəs deməzsənmi, oğlan elə bir qızla ailə qurubmuş ki, Vallah, heç bilmirəm necə deyim, açığı, utanıram da deməyə, yox eyy, deyəcəm, deməsəm yazımızın məğzi açılmaz qalar. Qardaş, sən demə oğlanın sevdiyi, sevib də seçdiyi, ailə həyatı qurduğu qız bakirə deyilmiş. Boooy, öyümüz yıxıldı, namus-qeyrət harda qaldı? Vaveyla şəriət əldən getdi!!!
Bəs bunu yazar dostlarımız hardan bilir? Olmaya bu bakirə olmayan xanım bizim dişini vaxtı-vaxtında yuya bilməyən yazarlardan hansı iləsə, Vallah deməyə də utanıram, bəlkə o məsələ...hə? Allah sən saxla!!!!
Yox əşi, elə deyil. Sadəcə olaraq şairin arvadı iki-üç il öncə Türkiyəli bir rəssamla vətəndaş nigahında yaşayırmış!
Dostlar başladı, nə başladı? Gənc ailə başçısının arxasınca deyilməyən söz qalmadı:
- Biqeyrət!
- Gözüylə görən!
- Namussuz!
Bir siqaret yandırıban arxadaşlara ümumi bir sual ünvanladım:
- Qardaşlar, müharibədə erməniyə əsir düşən qızlarımız barədə nə bilirsiniz?