Azərbaycanlı qadınları Türkiyədə satan şəxs tapıldı

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda şübhəli bilinən qadın saxlanılıb.Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən Lent.az-a verilən məlumata görə, idarənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1968-ci il təvəllüdlü, Ağdam rayon sakini Məmmədova Güllər Kamal qızının Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyənin Ankara şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən edilib.Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31