Murad Arif “Mado”dan şikayətçidir: “Süzmə duru, qaymaq turş...”

Müğənni Murad Arif məşhur restoranlar şəbəkəsi "Mado"nu tənqid edib.

Musavat.com xəbər verir ki, ifaçı sosial şəbəkədə "Gənclik" Mall-da yerləşən  restorandan narazılıq edib.

O, yeməklərin keyfiyyətsiz olduğunu bildirib: "Təklif edirəm, sizi məyus edən kafe-restoranlarla bağlı paylaşımlar edəsiniz. Gənclik Mall-da yerləşən "Mado" restoranında süzmə duru halda, qaymaq smetan dadında-turş... Menemende (yumurta-pomidor) pomidorun xarramış tamı, özəyi də diri-diri... Musiqi random... Ağır rokdan sonra "Kuzu-kuzu"... Təəsüf. Məyus oldum".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31