Toy gecəsi həyat yoldaşının qız uşağı olmadığını öyrəndi – Qisası amansız oldu
20 İyul 2018 06:17 SosialBursada toy gecəsinin səhəri gəlin Güllü Yurdoğlunu (21) bıçaqlayaraq öldürən Metehan Yurdoğlunun (22) məhkəmə prosesi başlayıb.
1 günlük həyat yoldaşını öldürməkdə təqsirləndirilən Metehan ifadəsi ilə hər kəsi dəhşətə gətirib.
O "Həyat yoldaşımın məni başqa kişi ilə aldatdığını düşündüm. Buna görə dalaşardıq tez-tez. Toy günü şübhələrimə əmin olanda mübahisə etdik. Mənə "Sən bir "köpüklük adam deyilsən" deyəndə, özümdən çıxdım və bıçaqladım" deyib.
Məhkəmə təqsirləndirilən şəxsin təcridxanada saxlanılması və şahidlərin dinlənilməsi üçün proses təxirə salınıb. (Milli.Az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31