Dəniz yenə can aldı
19 İyul 2018 14:28 SosialHadisə Binəqədi rayonunda Fətmayi çimərliyində qeydə alınıb.
1960-cı il təvəllüdlü Tərlan Hüseynov dənizdə çimərkən boğulub. 58 yaşlı kişinin meyiti xilasedicilər vasitəsi ilə dənizdən çıxarılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə təhvil verilib.
Faktla əlaqədar Binəqədi rayon prokurorluğunda araşdırmalara başlanılıb.
"Ölkə.Az"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31