Yumurta alarkən nələrə diqqət etmək lazımdır?
Son illər bir çox qida məhsulları kimi yumurtalar barədə də müxtəlif həyəcan dolu məlumatlar, insanları əndişələndirəcək fikirlər, iddialar səsləndirilir. Hətta ölkəmizə gətirilən toyuq yumurtalarının böyük əksəriyyətinin süni şəkildə hazırlandığını da iddia edənlər tapılır.
19 İyul 2018 13:27 SosialSon illər bir çox qida məhsulları kimi yumurtalar barədə də müxtəlif həyəcan dolu məlumatlar, insanları əndişələndirəcək fikirlər, iddialar səsləndirilir. Hətta ölkəmizə gətirilən toyuq yumurtalarının böyük əksəriyyətinin süni şəkildə hazırlandığını da iddia edənlər tapılır. Elə bütün bunlardan dolayıdır ki, bir müddət əvvəl yaradılmış Qida Təhlükəsizliyi Agentliyi əksər qida məhsulları kimi yumurtalarla bağlı da istehlakçıları bəzi zəruri məlumatlarla bilgiləndirib.
Məlumat üçün qeyd edək ki, toyuq yumurtaları mətbəxdə ən geniş yayılmış yumurta növüdür. Həmçinin zülal, yağ və karbohidrat tərkibinə malikdir. Bir sözlə toyuq yumurtasının tərkibində 74 faiz su, 12-13 faiz zülal, 11-12 faiz yağ, hətta 1 faiz karbohidrat da vardır. Toyuq yumurtasının 100 qr-nın kalorisi 150-160 kkal-dir. Bütövlükdə toyuq yumurtasının kalorisi 40-dan 75-ə qədər dəyişir.
Toyuq yumurtasında, xüsusən sarısında ümumiyyətlə vitamin sayı çoxdur, yəni A, B1, B2, D, E, PP və eyni zamanda ferment, doymamış yağlı sirkə də vardır. Yumurtaının məhz sarısında karotin (yerkökünün, yumurta sarısının, südün və s-nin tərkibində olan narıncı-sarı piqment) hissəciyi vardır ki, bu da insan orqanizminə yalnız qida vasitəsilə daxil ola bilər. Yumurtanın tərkibində yağlılığn olmasından qorxmaq lazım deyil. Bütün bunlardan əlavə yumurtada foliet turşusu, müxtəlif vitaminlər yer alır. Çünki yumurtanın tərkibindəki maddələrdən biri bütün yağlılığı tərkibinə çəkərək mənimsəyir.
Qida Təhlükəsizliyi Agentliyi xüsusilə toyuq yumurtalarının saxlanma müddətinə diqqət yetirilməli olduğunu vurğulayır. Agentlik hesab edir ki, uzun müddət saxlanılmış yumurtalar insan orqanizmi üçün xüsusi təhlükə deməkdir. Burada onun ağ hissəsi daha da nəzərə çarpan olur. Buna görə də yumurtanın saxlanma şəraiti əhəmiyyətlidir. Bunların arasında əlbəttə kənd toyuqları daha xeyirlidir. Çünki onlar təbii məhsullarla qidalanaraq, daha sağlam olurlar. Yumurtaların keyfiyyətini gözlə baxarkən bilmək mümkün deyildir. Bunu yalnız işıq effekti ilə tapmaq olar. Yumurtanın tam arxasında hava kamerası vardır. Hansı ki, müəyyən müddətlərdən asılı olaraq genişlənir. Təzə yumurtalar balaca hava kamerasına malik olurlar, buna görə də onları suya atarkən tamamilə suya batırlar. Lakin köhnə yumurtalar suyun üzərində qalırlar, hətta suyun üzündə üzən yumurta olursa, bu ümumiyyətlə yemək üçün istifadə edilməməlidir.
Mağazalarda yumurtaları bir çox növə ayırırlar. Pəhriz üçün nəzərdə tutulmuş yumurtalar 7 sutkalıq olur və mənfi temperatur altında qorunur. Təzə yumurtalar 30 sutka, soyuducuda saxlanılanlar isə aylarla, hətta daha uzun müddət qorunur. Pəhriz yumurtalarını hazırlamaq üçün qayğanaqların bişirilməsi daha əhəmiyyətlidir. Lakin soyuducularda saxlanılanların isti, daha qaynar odda hazırlanması məsləhətlidir, yəni şirniyyatlarda.
Ümumiyyətlə, müasir zamanımızda isə heç bir mətbəxi yumurtasız təsəvvür etmək mümkün deyil. Yumurtalar çox vaxt müxtəlif komponentlərin bir-birinə bərkidilməsi üçün istifadə edilir, bunlara misal olaraq su və yağı göstərmək olar. Yumurta o qədər geniş yayılmışdır ki, onun yerinə başqa nemət tapmaq mümkün deyildir. Amma əlbəttə ki, yeni texnologiyalar bunu əvəz etmək üçün tərkibində yumurtanın bütün inqridentləri olan və quru halında hazırlanan yumurta tozunu bizlərə bəxş edir. Yumurta tozu adlanan bu ünsür 1878-ci ildən etibarən hazırlanır, mayonez və bir çox qidaların da tərkibinə əlavə edilir. Bu kimi qidaların tamı yeməklərdən heç də fərqlənmir, həqiqi yumurtalardan ənənəvi texnologiya ilə düzəldilir.
Yumurta qida dəyərinə görə yüksək keyfiyyətli və orqanizm tərəfindən 97-98 faiz mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərkibində dəyərli zülallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr vardır. Heyvan mənşəli qida qrupuna daxil olan yumurtada bir sıra risk qrupları var. Bu risklərə nəinki mikroorqanizmlərlə, həmçinin qida alergiyaları da daxildir.
Qida Təhıükəsizliyi Agentliyində hesab edirlər ki, yumurta alarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır. Belə ki, yumurta alarkən öncə yumurtanın təzəliyini təsdiq edən etiketlərə diqqət yetirmək lazımdır. Həmçinin yumurtanın orqanoleptik göstəricilərinə diqqət edilməlidir. Yumurtaların üzərində yumurtlama tarixi göstərən ştamp vurulmalıdır. Çatlaq və qırıq yumurtaları almaq olmaz. Çünki belə yumurtalarda mikroorqanizmlərlə yoluxma riski yüksəkdir. Kənd yumurtalarının çoxu eyni ölçüdə olmamalıdır. Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı və onlardan kənar qoxu gəlməməlidir.
Yumurta istifadə edərkən isə aşağıdakılara diqqət etmək məsləhət görülür. Yumurtanın ağı və sarısında mikroorqanizmlərin aşkar olunması ehtimalını nəzərə alsaq, yumurta çiy və yarıbişmiş halda istehlak edilməməlidir. Çiy yumurtanın həm də həzm olunması çətindir. Sarısı və ağı qismən qarışmış, kənar qoxusu olan yumurta, qabığının altında səthinin səkkizdə bir hissəsini təşkil edən bir və ya bir neçə tünd ləkəsi olan və sarısı quruyub qabığına yapışmış yumurtalar keyfiyyətsiz sayılır. Yumurtanın ağı duru, şəffaf, eynicinsli, təmiz, ləkəsiz və kənar qatqılarsız olmalıdır. Yumurtanın sarısı yığcam, rəngi açıq sarıdan narıncıya qədər, dadı və iyi xoşagələn olmalıdır. Belə göstəricilər onun təzə olmasının əlamətidir.
Füzuli