Nazir vətəndaşları qəbul edəcək
19 İyul 2018 12:25 Sosialİyulun 27 -də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Şabran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarının vətəndaşlarını qəbul edəcək.
Olaylar.az bildirir ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, həmçinin Şabran Regional Meşə Mühafizəsi Mərkəzi ilə əlaqə saxlamaları xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31