Anar Bağırov: "Üç ay əvvəl 10 min nəfərə 9 vəkil düşürdüsə, indi 15 nəfər vəki
19 İyul 2018 12:24 Sosial"Azərbaycanda vəkillərin sayı xeyli artıb və artmaqda davam edir".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, əgər üç ay bundan əvvələdək 10 min nəfərə 9 vəkil düşürdüsə, artıq 15 nəfər vəkil düşəcək: "Yəni, ötən ilin sonunda Azərbaycanda cəmi 920 vəkil var idisə, bu gün onların sayı 1500-dən çox olacaq".
Sədr qeyd edib ki, vəkiliyə böyük həvəs var: "Gənclər vəkil olmaq üçün böyük həvəs göstərir. Bu da ölkədə vəkilliyin gücünün artması ilə bağlıdır".
A.Bağırovun sözlərinə görə, ilin sonunda kimi vəkilliyə qəbulla bağlı daha bir imtahan keçiriləcək.Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31