“Təhsil və təlimdə təqdimat texnologiyası” mövzusunda silsilə tədbir
19 İyul 2018 12:19 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə "Təhsil və təlimdə təqdimat texnologiyası" mövzusunda silsilə tədbirlər keçirilib.
Olaylar.az bildirir ki, Bilik Fondunun Lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu Yevlax və Göyçay rayonlarının Heydər Əliyev Mərkəzlərində, eləcə də Ağdaş Bilik Evinin fəaliyyət göstərdiyi yerli Heydər Əliyev Mərkəzində orta məktəb, gimnaziya və lisey müəllimləri qarşısında "Təhsildə və təlimdə təqdimat texnologiyası" mövzusunda mühazirələrlə çıxış edib.
Yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və Bilik Fondunun rayon nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə gənc müəllimlərə yeni təlim texnologiyalarının üstünlüyündən bəhs edilib.