Milli Kitabxananın direktoru: "Saytlardakı xəbərləri arxivləşdirmək lazımdır"
18 İyul 2018 11:35 Sosial"Saytlarda, mətbuat orqanlarında yer alan xəbər və məlumatları arxivlərdirmək lazımdır".
Bunu AMEA-nın Mərkəzi Milli Kitabxanasının (MEK) direktoru Leyla İmanova "AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi" adlı tədbirdə deyib.
O, saytların arxivlərinin MEK-lə birləşdirilməsini təklif edib. Direktorun sözlərinə görə, bəzi saytların yaddaş imkanı az olur: "Müəyyən müddət keçdikdən sonra köhnə materiallar oradan silinir, müəlliflər və ya oxucular istədiyi hər hansı bir yazını tapa bilmirlər. Bu səbəbdən təklif edirəm ki, fondlarımızı birləşdirək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31