Heydər Əliyev prospektində avtomobil piyadanı vurub

Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.Hadisə yeraltı piyada keçidinin üstündə baş verib.

Belə ki, hava limanı istiqamətində hərəkətdə olan 90-TT-756 dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobil piyadalar üçün müəyyən edilməmiş yerdən yolu qəfil keçən 16 yaşlı Aqşin İslamovu vurub. A.İslamov avtomobilin yan güzgüsünə və qapısına çırpılıb. 

Hadisə zamanı o, kəllə-beyin travması alıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb. Onun avtomobili cərimə meydançasına yerləşdirilib. (Report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31