Natavan, Röya və Elnarə 16 il əvvəl - VİDEO

 

Müğənni Natavan Həbibi İnstaqram hesabında 16 il öncə çəkilmiş arxiv videosunu paylaşıb.

axşam.az  bildirir ki, videoda müğənninin özü ilə yanaşı keçmiş "W-trio" qrupunun solistləri Röya Ayxan və Elnarə Xəlilova da yer alıb. Video izləyicilər tərəfindən maraqla qarşılanıb. Natavan videonu paylaşaraq bu sözləri yazıb:

"Baxın, tamaşaçılardan nə gəlib. Səhv etmirəmsə, 2002-ci ildir. Qrup üzvlərinin birgə son çıxışlarından biri. Videonu elə rəqs edən balaca xanımlardan biri göndərib. İllər keçdi amma ikinci belə qrup olmadı ki, olmadı".

 

Natavan, Röya və Elnarə 16 il əvvəl

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31