Dövlət qulluğuna qəbulun nəticəsi açıqlanıb
17 İyul 2018 13:09 Sosialİnzibati icraçı vəzifələr (B növü) üzrə dövlət qulluğuna qəbul üzrə müsabiqənin iyunun 30-da keçirilmiş test imtahanı mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş (DİM-in (TQDK-nın) keçirdiyi qəbul imtahanları nəticəsində ali təhsil müəssisələrinə qəbul olmuş) 1228 namizəddən 489 nəfəri (39.8%) uğur əldə edib.
Mərkəzdən "Olaylar"a verilən məlumata görə, imtahanda iştirak üçün qeydiyyatdan keçənlər (1228 nəfər) üzrə ali təhsil ixtisasları iqtisadiyyat və idarəetmə ixtisaslar qrupuna aid namizədlər çoxluq (440 nəfər - 35.8%) təşkil edir. Ən çox uğur qazananlar da 174 nəfər (14.2%) olmaqla, bu ixtisaslar qrupunun payına düşür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31