Gənclər Təşkilatları Milli Şurasının hesabat seçki qurultayı keçiriləcək

Bakı Konqres Mərkəzində ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 20 iyul 2018-ci il tarixində XV Hesabat-Seçki Qurultayı keçiriləcək.

Bakı Konqres Mərkəzində ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 20 iyul 2018-ci il tarixində XV Hesabat-Seçki Qurultayı keçiriləcək.

Milli Şuradan "OLAYLAR"-a bildirilib ki, qurultayda dövlət rəsmiləri, beynəlxalq və yerli qurumların nümayəndələri, Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahətli nümayəndələri və media nümayəndələrinin iştirakı gözlənilir.

Qurultay ARGTMŞ-ın seçkili orqanlarına (Sədr, Sədr müavinləri, Mərkəzi Nəzarət-Təftiş Komissiyası və İdarə Heyətinin üzvləri) vakant vəzifələrinə seçkilər keçirmək, Milli Şuranın son seçki dövrü ərzində fəaliyyəti ilə bağlı hesabat vermək məqsədi ilə həyata keçiriləcək.

Qurultayın rəsmi hissəsində ilk öncə dövlət rəsmilərinin çıxışları dinləniləcək, daha sonra Gənclər Təşkilatları Milli Şurasının 2016-2018-ci illər üzrə fəaliyyət hesabatın təqdimatı baş tutacaq. Qurultayın növbəti hissəsində Milli Şuranın seçkili orqanlarına (sədr, sədr müavinləri, Mərkəzi Nəzarət-Təftiş Komissiyasına, büro üzvləri) vakant vəzifələrinə seçkilər baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31