Tələbələrin "Arxeoloji" düşərgəsi təşkil edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Ceyhun Eminlinin rəhbərlik etdiyi Antik dövr üzrə Lerik arxeoloji ekspedisiyası nəzdində respublikanın ali təhsil müəssisələri tələbələrinin iştirak etdiyi "Arxeoloji" düşərgə fəaliyyətə başlayıb.

Olaylar.azbildirirki, Gənclər və İdman Nazirliyi, Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi olan "Arxeoloji" düşərgənin məqsədi tələbələri Azərbaycan tarixi barədə əyani məlumatlandırmaq və onları elmi-tədqiqat fəaliyyətinə cəlb etməkdir.

Ali təhsil müəssisələrinin tələbələrindən ibarət arxeoloji düşərgələrin təşkili Prezident İlham ƏliyevinSərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın müvafiq bəndinə və "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.5.6 bəndinə uyğun olaraq gerçəkləşir.

Tələbələr t.ü.f.d. Ceyhun Eminlinin rəhbərliyi ilə Lerikin Gürdəsər kəndi yaxınlığındakı Piboztəpə antik dövr nekropolunda tədqiqatlar aparır, bölgənin və respublikamızın tarixi barədə məlumatlar əldə edir, Lerikin təbiəti, tarixi abidələri, qədim keçmişi və etnoqrafik irsi ilə tanış olurlar.

Qeyd edək ki, "Arxeoloji" düşərgə iyulun 20-dək davam edəcək. Düşərgədə fəaliyyət göstərmiş tələbələrə Gənclər və İdman Nazirliyi tərəfindən sertifikatlar təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31