Mərkəzi Elmi Kitabxana ilə "Olaylar" qəzeti və "525-ci qəzet” arasında müqavilə imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Olaylar” qəzeti və "525-ci qəzet"inin rəhbərliyi ilə görüş keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) "Olaylar" qəzeti və "525-ci qəzet"inin rəhbərliyi ilə görüş keçirilib. 

Görüşün məqsədi hər iki qəzetin, aparıcı mətbuat orqanlarının rəqəmsal nüsxələrinin kitabxananın elektron yaddaşına köçürülməsi və saxlanılması prosesinə qoşulması olub. 

Görüşdə MEK-in direktoru Leyla İmanova bildirib ki, "Olaylar" qəzetinin rəhbəri Yunus Oğuz və "525-ci qəzet"in rəhbəri Rəşad Məcid rəhbərlik etdikləri qəzetin rəqamsal fondunu və 2018-ci ilin yanvar-iyun ayına qədər rəqəmsal nüsxələrini MEK-ə bağışlayıblar.

Bu rəqəmsal sənədlər Azərbaycanın Milli Elmlər Akademiyasının rəqəmsal yaddaş bazasına daxil edilib və hər iki qəzetlə MEK arasında müəllif hüquqları müqaviləsi imzalanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31