15 iyul çevriliş cəhdinə həsr olunan tədbir keçiriləcək
16 İyul 2018 14:32 SosialBakı Yunus Emre İnstitututu və İLESAM Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı iyulun 18-də Bakı Yunus Emre İsntitutunun Konfrans salonunda 15 iyul xain çevriliş cəhdinə həsr olunan "Qorxma Sönməz Bu Şəfəqlərdə Üzən Al Sancaq" adlı tədbir keçiriləcək.
Qeyd edək ki, 15 İyul 2016-cı il tarixində Türkiyənin Ankara və İstanbul şəhərlərində eyni vaxtda FETÖ terror qruplaşması tərəfindən çevriliş cəhdi həyata keçirilməyə çalışıldı. Xalq və milli iradənin gücü, həmin gecədə şanlı qələbə qazanaraq Türkiyənin adını tarixə yazdırdı. Bakı Yunus Emre İnstitutu və İLESAM Azərbaycan Nümayəndəliyi baş vermiş çevriliş cəhdi zamanı şəhid düşmüş soydaşlarımızı yad etmək məqsədi ilə bu tədbiri keçirtməyi planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31