Göyçayda baş verən yanğın söndürüldü: ərazi nəzarət altındadır

Göyçay rayonunda biçilmiş taxıl sahəsində baş verən yanğın söndürülüb.

Məlumata görə, ümumilikdə 100 hektar biçilmiş taxıl sahəsi yanıb, 900 hektar taxıl sahəsi, nar bağları, yaxınlıqdakı evlər və "Azərenerji"nin yüksək gərginlikli elektrik naqilləri alovdan mühafisə edilib.

Hava küləkli olduğu üçün hazırda yanğınsöndürənlər ərazidəki yanğın ocaqlarına nəzarət edir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31