Nazir İnam Kərimov vətəndaşlarla görüşəcək
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov iyulun 20-də Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarının sakinləri ilə görüşəcək.
16 İyul 2018 11:36 SosialAzərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov iyulun 20-də Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarının sakinləri ilə görüşəcək.
Bu barədə məlumat "OLAYLAR"-a nazirliyinin informasiya təminatı şöbəsindən daxil olub. Bildirilib ki, görüşdə iştirak etmək istəyənlər Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinə (050-623-86-37) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı mərkəzi" (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.