Bakıda avtobusda insident: Sərnişin sürücünü döydü
16 İyul 2018 11:24 SosialBakıda 57 nömrəli sərnişin avtobusunda insident baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, sərnişinlərdən biri avtobusu dayanacaqdan kənarda saxlatdırmaq istəyib. Lakin sürücü bunun qanunsuz olduğunu bildirib. Bundan əsəbləşən kişi sərnişin sürücünün yaxasından yapışaraq ona ağır zərbələr endirib.
Bəzi sərnişinlərin narazlığından sonra nəqliyyat vasitəsindən düşüb və avtobusun pəncərəsini sındıraraq hadisə yerindən uzaqlaşıb.
AzVision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31