Türkiyədə reklam çarxında Azərbaycan mahnısı səsləndi - Video

Türkiyədə 2016-cı il 15 iyul çevrilişə cəhd hadisələrinin il dönümü ilə bağlı hazırlanmış reklam çarxından Azərbaycan müsiqisindən istifadə edilib.

15 iyul hadisələri zamanı həyatını itirənlərin xatirəsinə həsr edilən reklamda "Nazəndə sevgilim" mahnısı səslənir.

Xatırladaq ki, dünən, 15 iyun Türkiyədə 2016-cı ildə baş vermiş çevrilişə cəhd hadisəsinin 2-ci ildönümü qeyd edilirdi.

Artıq 2 ildir ki, həmin gün Türkiyədə Milli Qürur və Birlik günü kimi qeyd edilir.

Sözügedən reklamı təqdim edirik:

Kult.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31