Bakıda çökmüş yolun altında tunel aşkarlandı – Fotolar
16 İyul 2018 09:54 Sosial"Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı təqribən yol səthindən 5-6 metr dərinlikdə tunel tipli boşluq aşkarlanıb".
Sfera.az xəbər verir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Ehtimal olunur ki, bu, ərazidə əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarlarıdır. Yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir. Ətraflı bununla bağlı sabah məlumat veriləcək", - deyə qurum rəsmisi bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

