Təhsil naziri Tvinninq layihəsi çərçivəsində görülən işləri müzakirə etdi
13 İyul 2018 18:09 SosialTəhsil naziri Ceyhun Bayramov Avropa Komissiyasının Tvinninq proqramının "Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək" layihəsinin idarəetmə komitəsinin ilk iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa, Litva və Latviyadan olan nümayəndə heyəti ilə görüşüb.
Görüşdə hər üç ölkədən olan layihə rəhbərləri ilə yanaşı, həmin ölkələrin ali təhsil üzrə qısamüddətli ekspertləri də iştirak edib.
Görüşdə cari ilin aprel ayından icra olunan Tvinninq layihəsi çərçivəsində görülən işlər müzakirə olunub, layihənin həyata keçiriləcəyi iki il ərzində reallaşdırılması nəzərdə tutulan məsələlər barədə fikir mübadiləsi aparılıb.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31