Nəsimi rayon məktəbliləri “Sərhədçi” hərbi-vətənpərvərlik düşərgəsində

Məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi peşəsinə hörmət ruhunda tərbiyə olunması məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti ilə birlikdə sərhəd zastavasında məktəblər üçün hərbi-vətənpərvərlik düşərgəsinin təşkili layihəsinə start vermişdir. Belə ki, Nəsimi rayonundakı orta məktəblərin 7-11-ci sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin "Laza" sərhəd zastavasının bazasında "Sərhədçi" yay istirahət düşərgəsi təşkil olunmuşdur. İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, bu məqsədlə keçirilən görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördükləri işlərdən, həyata keçirdikləri layihələrdən danışmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Dövlət Sərhəd Xidməti ilə birgə layihə - "Sərhədçi" yay istirahət düşərgəsi yaradılmışdır. Yay istirahət düşərgəsində məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanmışdır. Plana əsasən məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü tennis yarışları, müxtəlif əyləncəli, musiqili tədbirlər keçiriləcək, vətənpərvərlik mövzularında çəkilmiş Azərbaycan filmləri və Dövlət Sərhəd Xidmətinin fəaliyyətini əks etdirən videoçarxlar  nümayiş etdiriləcəkdir. Meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı və səmərəli edəcəkdir.

İyul ayının 11-də məktəblilər Ulu Öndər Heydər Əliyevin Nəsimi rayonu ərazisindəki abidəsi önünə tər çiçək dəstələri düzdükdən sonra avtobusla Qəbələ rayonunun səfalı guşəsində yaradılmış yay düşərgəsinə yola düşmüşlər. İyul ayının 12-də "Laza" sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Nəsimi rayon İcra Hakimiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirakı ilə "Sərhədçi" hərbi-vətənpərvərlik düşərgəsinin təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, sağlam böyüməsinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulan-mışdır. Yay düşərgəsinin sərhəd zastavasının bazasında təşkil olunmasının əsas məqsədlərindən biri də gələcək əsgərlərin sərhəd zastavasındakı xidmət və məişət  şəraiti, silah və texnika ilə yaxından tanış olmasından, onlarda sərhədçi peşəsinə marağın daha da artırılmasına şərait yaradılmasından ibarət olduğu qeyd edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31