Naxçıvanı öz vətəni bilən Erika illər sonra şəhid anası olur

Ailəsini azərbaycanlı həyat yoldaşına görə tərk edən Çex qızı Erika Hanpel Emil Əliyeva

1939-cu il də faşistlər Çexoslovakiyanı işğal edirlər. 15 yaşlı Erika da həmin vaxt yaralılara kömək edirmiş. Bi gün minaya düşərək gözlərini itirmiş bir əsgər gətirirlər. Erikanın ona yazığı gəlir və qulluq etməyə başlayır. Erika ilə Əhəd Əliyevin sevgi hekayəsi belə başlayır.

Əhədin gözləri görməsə də, Erikaya bağlanır.

Müharibə sona çatırdı. Erika ilə Əhəd evlənmək istəyirlər. Lakin Erikanın anası qızının gözləri görməyən birinə ərə gedib, uzaq ölkəyə köçməsinə razı deyildi. Lakin Erika Əhədi tək buraxmır və onunla Naxçıvana gəlir. Bir müddət sonra Azərbaycan dilini öyrənir. Erika və Əhədin 3 oğlu dünyaya gəlib.

"22 il yarım yaşadıq. Onu qoynumda dolandırdım. Heç kimi qoymurdum ona yaxınlaşsın. Özüm onun əziyyətini, zəhmətini çəkirdim. Onu korlar cəmiyyətində məktəbə aparırdım.

Olaylar.az "Belə-belə işlər"ə istinadən bildirir ki, 1970-ci ildə Əhədin vəfatından sonra Erika övladlarını tək böyüdür, bir daha ailə qurmur. 1975-ci ildə SSR-İ rəhbərliyinə məktub yazaraq artıq Almaniyada yaşayan yaxınları ilə görüşmək üçün icazə alır. SSR-i dən tək başına qatarla Almaniyaya gedir.

"Qapı açıldı, atam çıxdı, dedi sizə kim lazımdır? Dedim ki, ata, məni tanımırsan? Mənəm də. Mən ağlayıram üç pillə qalıb, mən qalxa bilmirəm, o, enə bilmir".

Erika sonra digər qohumları ilə görüşür. Bir ay Almaniyada qalıb Naxçıvana qayıdır. Atası Erika ilə görüşdən 3 ay sonra vəfat edir. Almaniyada yaşamaq imkanı olsa da, Erika Naxçıvanı seçir.

"Orada qala bilmirəm, qaçıb gəlirəm Naxçıvana. Buranın adamları gözəl və mehribanlıdırlar. Nemeslər isə soyuqdur".

Erika həm də şəhid anasıdır. 1992-ci ildə oğlu Səyyad torpaqlarımız uğrunda şəhid olub. O tez-tez Naxçıvandakı Şəhidlər Xiyabanında oğlunu ziyarəıt edirdi.

Erika 2016-cı ildə dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31