Müğənnidən xəbərdarlıq: Bakı bulvarında ilanlar var! - VİDEO
13 İyul 2018 11:58 SosialTanınmış müğənni Emma Ələkbərzadə bulvarda xoşagəlməz hadisə ilə rastlaşıb.
Oxu.Az xəbər verir ki, ifaçı bu barədə sosial media hesabında məlumat verib.
O, bildirib ki, dənizkənarı parkın yeni salınmış Bayıl ərazisində gəzərkən qara böyük ilanla qarşılaşıb. Sənətçi həmin anları lentə alaraq "Instagram" hesabında paylaşıb və insanlara xəbərdarlıq edib.
"Bəli, bura Bakıdır! Təzə Bayıl bulvarımız və burada qara böyük ilanlar var - özü də Gürzə. Xahiş edirəm özünüzü və övladlarınızı qoruyun. Şəxsən mənim üçün bulvar söhbəti bağlandı", - deyə yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31