Ucarda faciə: körpə həlak oldu
13 İyul 2018 01:44 SosialUcarda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə bu gün axşam saatlarında şəhərin Nərimanov küçəsində baş verib.
Şəhər sakini, 2017-ci il təvəllüdlü Sahib Əziz oğlu Abbasovu elektrik enerjisi vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilsə də, onun keçindiyi məlum olub.
Məlumata görə, nəzarətsiz qalan uşağın üstünə sərinkeş aşıb və onu elektrik enerjisi vurub.
Fakt araşdırılır.
APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31