Valideynlərin diqqətinə: Bu oyuncaq ölümə aparır!
12 İyul 2018 14:18 SosialSon dövrlərdə uşaqların sevimli oyuncağına çevrilmiş su topları ölüm saçır.
Bitkilərin böyüməsi məqsədilə və dekorativ əşya kimi istifadə olunan su topları oyuncaq mağazalarında satışa çıxarılıb. Poliakrilamid turşudan hazırlanmış nanotexnoloji məhsul su ilə təmas etdikdə 400 dəfəyə qədər böyüyür. Bu zəhərli maddə uşaqlar tərəfindən səhvən udulduqda isə nəfəs çatışmazlığı, mədə və bağırsaqlarda tıxanmalara səbəb olur.
Kimya mühəndisləri bu vasitənin oyuncaq kimi istifadə olunmasının qarşısını almaq üçün bütün mağazalara xəbərdarlıq edilməli olduğunu bildirirlər. Suda şişən bu toplar sadəcə çiçək satan mağazalarda dekorativ məqsədlər üçün satılmalı və uşaqların əlinin çatmayacağı yerlərdə saxlanılmalıdır.
Yenicag.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31