Təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

Təhsil naziri Ceyhun Bayramov 13 iyul 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının qərargahında mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz, Şəki rayon sakinlərini qəbul edəcək. 

Bu barədə məlumat "OLAYLAR"-a Təhsil Nazirliyindən daxil olub. Bildirilib ki, qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz, Şəki rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 5-10 iyul 2018-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının "Vətəndaşların qəbulu" bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31