Səhiyyə Nazirliyi İSTİDƏN ölənlərin olması barədə məlumatları təkzib etdi
Səhiyyə Nazirliyi küçədə yüksək temperaturdan dünyasını dəyişənlərin olması barədə yayılan məlumatları təkzib edib.
5 İyul 2018 13:03 SosialSəhiyyə Nazirliyi küçədə yüksək temperaturdan dünyasını dəyişənlərin olması barədə yayılan məlumatları təkzib edib.
Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, istidən dünyasını dəyişənlərin olması barədə deyilənlər düzgün məlumat deyil: "Əgər belə hadisələr olsaydı, bundan ilk xəbər tutan Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti olardı".
S.Əhmədova deyib ki, ötən gün ərzində yolda yalnız iki ölüm hadisəsi qeydə alınıb: "Onlardan biri 48 yaşlı Oleq Abramov "Koroğlu" metrostansiyasının qarşısında, ikincisi isə Günəşli qəsəbəsində avtobusda dünyasını dəyişən 73 yaşlı sakin olub".
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31