Avqust ayında Sumqayıt bulvarında gəmi turlarına start veriləcək.
Bu barədə Sumqayıt Bulvar idarəsinin rəisi Yavər Vəliyev məlumat verib.
O, bildirib ki, hazırda gəminin yanalması üçün nəzərdə tutulan körpünün sahil bərkitmə işləri aparılır: "Bu işlər avqusta qədər yekunlaşacaq və gəzinti gəmiləri fəaliyyətə başlayacaq".