Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları dinləyəcək
27 İyun 2018 17:10 SosialFövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 29-da Siyəzən şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan başlanacaq qəbulda Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31