Bakıda 14 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib

"Bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 14 nəfər müraciət edib".

Bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

Baş həkim qeyd edib ki, günvurma diaqnozu ilə müraciət edənlərin hər birinə yerindəcə ilkin tibbi yardım göstərilib.

APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31