“Şəhidin başdaşından qorxuruq, hasara alın!” - VİDEO

Abşeron rayonunda qəbiristanlığın yaxınlığında yaşayan qonşular şəhid məzarı ilə bağlı rəsmi qurumlara müraciət ediblər. Belə ki, onlar məzarın evlərinin içindən göründüyünü və bundan narahatlıq keçirdiklərini bildirirlər. Qonşular başdaşı üzərindəki gənc əsgər Asim İsayevin şəklindən qorxduqlarını deyir və hündür hasara alınmasını istəyiblər. 

Şəhid Asim İsayevin bibisi Simuzər Əmiraslanova bildirib ki, qardaşı oğlunu 2017-ci ilin avqust ayında burada dəfn ediblər: "Asim evin tək oğludur, 1 bacısı var. Ötən il hərbi xidmətdə olarkən şəhid oldu, burada dəfn etmişik. İndi qonşular deyir "biz şəhidin başdaşından qorxuruq, hasara alın". 25 qonşu hər yerə şikayət edib. Artıq daş, sement və qum da gətirib töküblər. Qəbiristanlığın rəhbərliyi də deyir ki, qonşular üstümə tökülüşüb, məcbur hasar çəkməliyəm. Atası taksi fəaliyyəti ilə məşğul olub bu məzarı düzəltdirib, anası hər ay maaşını bu güllərə verib gətirib qəbirin üstünə qoyur. Məzarın hasara alınması Azərbaycan şəhidinə təhqirdir".

Qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31