Aygün Röyanın jestinə qarşılıq vermədi: “Onun adını çəkməyin”
27 İyun 2018 11:47 SosialBu gün əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəylərin qızı ilə olan fotosunu paylaşaraq, onunla olan qalmaqalına son verdiyini açıqlayıb.
Aygün Bəylər isə onun jestinə qarşılıq verməyib. Röyanı sənətkar olaraq qəbul etmədiyini açıqlayan Aygün Bəylər məsələ ilə bağlı Open.az-a danışıb:
"O insanın adını mənim yanımda çəkməyin. Bu haqda danışmaq istəmirəm. Nə istəyir paylaşsın, danışsın. Ona görə məni narahat etməyin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31