Ağstafada taxıl sahəsi yandı
22 İyun 2018 16:54 SosialAğstafa rayonunda biçilməmiş taxıl sahəsində baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağstafa rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, rayonun Kəsəmənli və Poylu kənd bələdiyyəsinin ərazisində ümumi sahəsi 20 hektar ərazidə olan kol-kos və ümumi sahəsi 15 hektar olan biçilməmiş taxıl zəmisinin 0,5 hektar sahəsi yanıb.
Qeyd edək ki, taxıl sahəsi Poylu kənd sakini, Adil Nəsibova məxsusdur.
Yanğına taxıl sahəsinin yaxınlığından keçən dəmiryolu xəttində hərəkət edən teplavozdan yaranmış qığılcım səbəb olub. (Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31