Şəkidə ayı kənd sakinlərinə hücum edib - VİDEO

Şəkinin Baş Zəyzid kəndinə ayılar hücum edib.

Kənd sakinləri bildirib ki, son bir ayda 30-a yaxın mal-qara ayı hücumuna məruz qalıb.

Ayının öldürülməsi isə qanunla qadağan olunduğuna görə onların sayı çoxalıb. Ayılar hətta üç kənd sakininə də hücum edərək, onları yaralayıb.

Sakinlər onu da qeyd edir ki, sığorta şirkətləri onlara dəyən ziyanı qarşılamaqdan boyun qaçırırlar.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31