XV əsrdə tərtib olunmuş lüğət Azərbaycana gətirildi

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis Kitabxanasından “Lüğəte-Nemətullah” adlı əsərin surətini əldə edib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis Kitabxanasından "Lüğəte-Nemətullah" adlı əsərin surətini əldə edib.

Olaylar.az bildirir ki, XVI əsrdə yaşamış Nemətulla ibn Əhməd ibn Mübarək ər-Rumi Sofiyada dünyaya gəlib. 1539-cu ildə yazılmış "Lüğəte-Nemətullah" farsca-türkcə lüğət olmaqla yanaşı, fars dilinin qrammatikasına dair əsərdir. Əsərin əlyazma nüsxələri London və Paris kitabxanalarında, Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun şərq əlyazmaları şöbəsində, eləcə də Əlyazmalar İnstitutunda saxlanılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31