Məleykə Abbaszadə vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək.

Mərkəzdən verilən xəbərə görə, qəbul iyunun 28-də, saat 10:00-da Şəki şəhəri, S.Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prosp., 174 ) keçiriləcəkdir.

Şəkidə keçiriləcək qəbulda Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul iyun ayının 28-də, saat 10:00-da Şəki şəhəri, S.Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prosp., 174 ) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki Regional Bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qəbula yazılmaq istəyən vətəndaşlar Qax, Zaqatala, Balakən, Oğuz rayon Təhsil şöbələrində 21 - 27 iyun 2018-ci il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyatdan keçə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31