İstefa verən rəisdən AÇIQLAMA: “Mən zəhərlənən pambıqçılara görə..."
Xəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb.
20 İyun 2018 15:52 SosialXəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb.
Bununla bağlı açıqlama verən Camal Quliyev zəhərlənən pambıçılara görə işdən çıxarılması ilə bağlı yayılan xəbərə münasibət bildirib:
"Mən zəhərlənən pambıqçılara görə işdən çıxarılmamışam. Başqa işə keçəcəyim üçün öz ərizəmlə tutduğum vəzifədən ayrıldım. Çalışacağım sahə kənd təsərrüfatı ilə bağlı olmayacaq. Yeni fəaliyyət göstərəcəyim sahə də dövlət qurumlarından biri olacaq. Bu barədə yaxın günlərdə məlumat verəcəm".
Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31